“İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” kataloqu çapa hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi “İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” kataloqunu çapa hazırlayır
AMEA-dan   bildirilib ki, muzeyin etnoqrafiya şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru T.Şiriyevin müəllifi olduğu kataloqda muzeydə qorunan müxtəlif çeşidli quranqabı, namazlıq, möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül və başqa dini təyinatlı materialların daxil olduğu 600-dək eksponat əsasında Azərbaycan xalqının məişət həyatında İslam dininin yeri və rolu haqqında ətraflı məlumat verilir.islamazeri /

 

Google+ WhatsApp ok.ru