“Gecə naləsi” adlı şəbih tamaşası səhnələşdirildi - FOTO

Maide.az xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən Əhli-Beyt (ə) Cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində Hz.Fatimənin (s.ə) şəhadəti münasibəti ilə “Gecə naləsi” adlı şəbih tamaşası səhnələşdirilib. “Cəfəri-Muminun” və “Kövsər” İlahi Nəğmələr Qruplarının səhnələşdirdiyi şəbihdə Hz.Fatimənin (s.ə) iztirabları dilə gətirilib, şəhadəti və dəfni canlandırılıb.

Google+ WhatsApp ok.ru