Əli Həsənov: “Ölkədə narkomanların sayı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir” 15 Aprel 2015 01:00 Ölkə “Bu gün də o fikirdəyəm ki, ölkədə narkomanların sayı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir ”. APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, bu məsələdə Azərbaycana kömək göstərilməsi üçün dəfələrlə BMT-yə müraciət edib: “Müraciət etdik ki, bizə köməklik göstərsinlər, çünki bizim bu sahədə təcrübəmiz yoxdur. Bildirildi ki, beynəlxalq təcrübədə də elə şəffaf mexanizm yoxdur. Amma mən hesab edirəm ki, BMT bizə kömək etsə, ölkədə narkomanların sayını dəqiqləşdirmək olar”./ Teqlər : #Əli Həsənov: Ölkədə narkomanların sayı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 10 özəl klinikaya ağır cəza verildi Abutalıbovun “üstü bəzək” biznesinə qadağa