“28 May” metro stansiyasının əsas girişi açılıb

Bu gündən etibarən “Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasının əsas girişi istifadəyə verilib.
 
Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
N. Paşayevin sözlərinə görə, stansiyanın əsas girişində təmir işləri tam yekunlaşdığı üçün artıq sərnişinlərin istifadəsinə verilib.
 
Qeyd edək ki, “28 May” stansiyasının əsas girişi 2013-cü ilin 1 iyul tarixindən təmirə bağlanıb.

Google+ WhatsApp ok.ru