“Sərhədsiz reportyorlar”dan xarici şirkətlərə çağırış

“Sərhədsiz reportyorlar Bakıda Avropa Oyunlarının sponsorlarına öz maraqları naminə azadlıqların pozulmasına göz yummamaq və Azərbaycanda həbs edilmiş 12 jurnalist və blogerin azad edilməsini rəsmi olaraq xahiş etmək haqqında açıq çağırış ünvanlayıb.
 
Təşkilatın saytında dərc edilmiş müraciətdə deyilir: Hörmətli Avropa Oyunlarının Sponsorları, Makdonalds, Koka-Kola, Motorola və digər beynəlxalq şirkətlərin rəhbərləri.
 
Bir neçə gün ərzində siz Bakıda Birinci Avropa Oyunlarının rəsmi sponsorları və tərəfdaşları olaraq diqqət mərkəzində olacaqsınız.
 
Altı min idmançı bu tədbirdə iştirak edəcək, 1500 yerli və xarici jurnalist tədbirləri işıqlandıracaq. 225 milyondan çox Avropa ailəsi oyunları birbaşa efirda izləyə biləcək və siz, şübhəsiz ki, bundan mənfəət əldə edəcəksiniz.
 
İqtisadi maraqlarınızın insan hüquqları məsələsində sizi kor etməsinə imkan verəcəksinizmi? Oyunları keçirən ölkənin uzun illərdir cəzasını çəkmədən yol verdiyi əsas azadlıqların pozuntularına biganə qala biləcəksinizmi?
 
Azərbaycanda 12 jurnalist və bloger qondarma narkotik ticarəti, xuliqanlıq və ya casusluq ittihamları ilə həbsdədir.
 
Hakimiyyət utanmadan öz fikrini bildirənləri təqib etmək üçün ən bədnam metodlardan istifadə edir. Məşhur jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılovaya bu fəaliyyəti çox baha başa gəldi. Onun mənzilində çəkilmiş intim səhnələrdən hökumətdə korrupsiya faktlarını araşdırarkən ona qarşı şantaj kimi istifadə olunub. Jurnalisti qorxuda bilməyən hakimiyyət dekabrda saxta ittihamla onu həbs etdi.
 
Rejim bir neçə ay ərzində terror kampaniyası həyata keçirib, azsaylı tənqidçilərini sistemli şəkildə təqib edib. Müstəqil jurnalistlər və blogerlərin, demək olar ki, hamısı susub və ya həbs edilib, yaxud da ölkəni tərk edib.
 
Sonuncu müxalif nəşr – “Azadlıq” misli görünməmiş ziyan və siyasi təqiblərin təsiri altında məhvə doğru gedir.
 
BMT dəqiq müəyyən edib ki, kommersiya müəssisələri insan hüquqları pozuntularının mənfi nəticələrinin qarşısını almağa və ya yumşaltmağa çalışsın.
 
Maliyyə maraqlarınızdan asılı olmayaraq, siz cəsarət nümayiş etdirməli və iyunun 12-dən etibarən ictimai şəkildə həbsdə olan 12 jurnalistin azad edilməsini tələb etməlisiniz.
 
Xatırladaq ki, Avropa Oyunlarının sponsorları British Petroleum, Соса Соlа McCdonalds, Motorola, Nestle,  Procter & Gamble, Sitecore, Tissot kimi şirkətlərdir.  contact.az  /

Google+ WhatsApp ok.ru