“Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir 04 İyul 2015 01:00 Ölkə “Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) işçilərinin əmək haqlarını vermir. Şirkət artıq 3-4 aydır ki, fəhlələrin əmək haqqlarını gecikdirir. Bu barədə Modern.az saytına adıçəkilən ASC-də işləyən fəhlələr məlumat veriblər. Onlar qeyd ediblər ki, “Azərkörpü” ASC Bakıda, eləcə də müxtəlif rayonlarda körpülər, kanallar tikir və burada minlərlə fəhlə işləyir. “Artıq 3-4 aydır maaşımız verilmir. Soruşduqda isə bunu heç nə ilə izah etmirlər və qeyd edilir ki, xoşunuz gəlmirsə işləməyin. Biz də ailə dolandırırıq. Gözümüzü bu maaşa dikmişik. 1-2 ay gözlədik ki, bəlkə verilər. Amma heç nə deyilmir”,-deyə fəhlələr bildiriblər. Şikayətçilər qeyd edib ki, fəhlələrin bir qrupu yaxın zamanlarda şirkət binasının qarşısında kiçik aksiya keçiriblər və onların əmək haqları dərhal verilib. “Aylıq maaşımız 600-700 manatdır. Hardasa 5000-6000 işçi var. Belə bir hadisə əvvəllər də olmuşdu, onda 1 ay sonra bütün əməkhaqqı verilmişdi. Amma indi bir xəbər yoxdur”. Qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, “Azərkörpü” ASC-dən direktorun hazırda iclasda olduğu bildirildi./ Teqlər : #Azərkörpü 34 aydır fəhlələrin maaşını vermir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran həyəcan təbili çalır: Ermənistan Araz çayı üçün təhlükə mənbəyidir İmişlidə aksiya: sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına ötürdü