“Samsung”dan yeni model – “Galaxy S6 Mini”

“Samsung” şirkətinin yeni “Galaxy S6 Mini” modelinin görüntüləri yayılıb.
Maide.az xəbər verir ki, “Samsung” şirkəti “Galaxy” seriyasından olan ən son model olaraq “S6 Mini” telefonunu istehsal edəcək.
Yeni model 4,6 inç - 4,7 inç ölçülərində olacaq. Hələlik telefonun digər texniki göstərici barədə məlumat verilməyib.
Telefonun hansı tarixdə satışa çıxacağı da açıqlanmayıb. Amma bilinən budur ki, bu model “Galaxy” seriyasının sonuncu telefonu olacaq.

Google+ WhatsApp ok.ru