“Quranı qadağan etməliyik” deyən fitnəkar Vildersə cinayət işi açıldı

 Avstriya Prokurorluğu, hollandiyalı fitnəkar ifrat sağçı Geert Vilders haqqında müsəlmanlara qarşı təxribat və təhrik edicilik ittihamları ilə istintaqa başlayıb.
 
Deyerler.org-un Dunyabulteni saytına istinadən verdiyi xəbərə görə, istintaq, fitnəkar Vildersin mart ayında Vyanadakı çıxışı ilə başladılıb. Avstriyadakı ifrat sağçı Azadlıq Partiyasının lideri Haynts Kristian Straxenin dəvəti ilə Vyanaya gedən Wilders, "Avropada İslam təhlükəsi" mövzusunda çıxış etmişdi.
Vilders, çıxışında Müqəddəs Qurani Kərimi Adolf Hitlerin Mübarizəm kitabı ilə müqayisə edərək qadağan olunmasını istəmişdi.
 
Avropaya müsəlmanların köçməsinin qarşısının alınmasını istəyən fitnəkar Vilders belə bir çağırış edib: “Bu döyüşü udmalıyıq, İslamı məğlub etməliyik". /

Google+ WhatsApp ok.ru