​Azərbaycanda elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

Elektron şəxsiyyət vəsiqələrindən iyul ayında istifadə sayı bəlli olub. Maide.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən daxil olan məlumata görə, ötən ay əhali “Elektron Hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1 738 dəfə yararlanıb.
Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.
Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsilə göndərmək mümkündür.

Google+ WhatsApp ok.ru