“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

Bu gün səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.
 
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə, səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb.
 
Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib./

Google+ WhatsApp ok.ru