​`ASAN xidmət` mərkəzlərindən biri 2 gün işləməyəcək

Sentyabrın 12-13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzi profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək. Bu barədə Maide.az-a Agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
 
Vətəndaşlar həmin tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.
 
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Google+ WhatsApp ok.ru