“Apple” şirkəti avtomobil istehsal etməyə hazırlaşır

Bir neçə illərdə “Apple” avtomobilləri yollarda görünə bilər.
Maide.az CNN Türk-ə istinadən xəbər verir ki, “Apple” şirkəti 600 nəfərlik işçi qrupu ilə elektriklə işləyən avtomobil hazırlayır.
İlkin məlumatlara görə, bu avtomobil hazırlanacağı təqdirdə “iCar” adlanacaq.
“Wall Street Journal” yazıb ki, ilk “iCar”ların 2019-cu ildə hazır olması gözlənilir.
Məlum olduğu kimi bir çox şirkət elektromobil istehsal edir. Lakin, “Apple” şirkəti onlardan fərqlənmək üçün, istehsal edəcəyi avtomobilin yalnız elektriklə işləməsinə deyil, həm də öz özünü idarə etmək funksiyasına (self-driving) sahib olmasına çalışır./

Google+ WhatsApp ok.ru