Əhalini narazı salan dərman qıtlığı nədən xəbər verir?

Ölkənin dərman bazarında vahid qiymət tətbiqinin elan edilməsindən sonra bu sahədə vəziyyət mürəkəbləşib. Əhalinin qiymətlərin fərqli olan vaxtında lazım olan dərmanları almaqda çətinlik çəkmədiyilə müqayisədə, bu sahədə indi  indi əməlli-başlı problem yaranıb.
Reseptləri əlində qalan insanlar aptekləri axtararaq vacib olan preparatları tapmaqda çətinlik çəkir. Həkimlər əhalinin tapmadığı dərmanların reseptlərini dəfələrlə dəyişsələr də, vəziyyət olduğu kimi qalıb. Narazı insanlar zəruri dərmanların satışda olmadığından gözgörəsi əziyyət çəkir. Görəsən, bu vəziyyət hara aparır? Apteklərdə yaranan hazırkı durumla bağlı monitorinqlər aparılırmı?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, hazırda vəziyyət çox mürəkkəbdir. Eyyub bəy ölkə prezidentinin məlum qərarının zəruri olsa da, kafi şəkildə yerinə yetirilmədiyini deyir:
“Apteklərdə dərman qıtlığı yaşanır. Keyfiyyətsiz və köhnəlmiş dərmanların meydana çıxması, qiymət endirimi tətbiq olunmayan dərmanların qiymətinin 30 faiz qaldırılması, əhalinin birmənalı şəkilə alman aptekinə tərəf yönləndirilməsi problemləri var. Keyfiyyətsiz dərmanların olması barədə insanlar bizə şikayət edirlər. Adi hallarda satılan dərmanların belə yoxa çıxması, böyük apteklərdə dərmanların qəhətə çıxması məsələsi də insanların dərmanla təminatında çətinliklər yaradır. Vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Çünki hələ ki satışda olan   dərmanlar anbarlarda olanlardır. Hökumət bazarda ucuz və keyfiyyətli dərman olmasını istəyirsə, bu sahəni tam şəkildə liberallaşdırmalıdır. Insanlar üçün liberal şərait yaradılmalıdır. Gömrükdə baş verən rüşvətxorluq və başqa neqativ hallara son qoyulmalıdır ki, hər bir dərman satıcısı dərman istehsalçısına çıxış yarada bilsin. Ölkədə mükəmməl və müstəqil ekspertiza formalaşdırılmalı, onun sənədi  hüquqi sənəd olaraq məhkəmə tanınmalıdır. Belə bir liberal şərait yaradılsa, qiymət aşağı düşər, keyfiyyət də qalxar”. azadliq /
 

Google+ WhatsApp ok.ru