Şəmkirdə məscidin söküntüsü dayandırıldı - Foto

Şəmkirdə məscidin söküntüsü dayandırılıb.
Bu barədə AzadXeber.az-ın əməkdaşı məlumat verir.
Məlumatda qeyd olunur ki, Azərbaycanın müxtəlif bölgələrindən gələn inanclıların və kənd sakinlərinin etirazından sonra bu addım atılıb.
İnanclılar adından rəsmilərlə görüşən nümayəndələrə bildirilib ki, məscidin sökülən künbəzi bərpa ediləcək və 10 gün ərzində sənəd məsələləri öz həllini tapacaq. Bundan əlavə məscidin tikintisinə lazım olan köməkliyin ediləcəyi vəd olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şəmkir rayonu Zəyəm qəsəbəsində məscidin sökülməsi xəbəri yayılmışdı.
Məlumatda qeyd olunurdu  ki, qəsəbə ərazisində sakinlərin yardımı ilə tikilən məscidin özbaşınalıq nəticəsində künbəzi artıq sökülüb.
Məscidin tikilməzdən öncə Hüseyniyə (namaz qılınan və dini mərasimlər keçirilən yer) olaraq fəaliyyət göstərdiyi bildirilir. /
 
 

 

 

Google+ WhatsApp ok.ru