“Azərbaycan” kinoteatrının binası sökülüb

Paytaxt sakinləri növbəti dəfə hakimiyyətin qeyri-normal hərəkətilə üzləşiblər ki, bu hərəkətlər də Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrının binasının sökülməsində özünü göstərib.
 
Şəhərin vizit kartlarından biri olan, əvvəllər də “dəyişilmə” və “yaxşılaşma”ya məruz qalan kinoteatr bu dəfə sadəcə dağıdılıb. Binanın yerində üç divar qalıb və yeni ideya müəllifinin nə etmək niyyətində olması məlum deyil. Tikinti işlərinin aparıldığı yerdə işləri kimin aparması, bunun yerində nə olacağı, layihə müəlifinin kimliyi barədə açıqlama yoxdur.
 
Qısası, şəhər hakimiyyətinin zövqünü və əvvəlki abadlaşdırma işləri ilə bağlı təcrübəsini nəzərə alaraq nə istəsən gözləmək olar: hay-tek stilində növbəti nəhəng şüşə yer, ətrafdakı tarixi binalarla ziddiyyət təşkil edən qəribə bir şey və s.
 
Əvvəlki “abadlaşdırma işləri” zamanı Natəvan abidəsinin qarşısında və arxasındakı çəmənlik plitələrlə  tikilib. Nəticədə meydanın bütün memarlıq ansamblı pozulub.
 
Şəhər meriyasından, Mədəniyyət və Turizm Nazirlyindən bununla bağlı şərh almaq cəhdləri nəticə verməyib.

Google+ WhatsApp ok.ru