Ərəbistanda Quran nüsxələri səhv çap edilir

Bu yaxınlarda Ərəbistanda səhv çap edilən Quran nüsxələri aşkar edilib
Maide.az  İQNA xəbər agentliyinə istinadn xəbər verir ki, çap mənbəyi məlum olmayan və mənalarını təhrif edəcək qədər yazı səhvləri olan Quran nüsxələri  Ərəbistanda aşkar edilib.
Çap mənbəyi məlum olmayan Quran nüsxələrindən birində yazı səhvlərinə Nisa surəsinin
67-ci ayəsində- «وَإِذًا لَّآتَیْنَاهُم مِّن لَّدُنَّا أَجْرًا عَظِیمًا»yol verilib ki, «اذا» sözü “əlif” hərfi və tənvin işarəsi olmadan yazılıb və eləcədə müəyyənedici “əlif” artiklı «أتیناهم» felinin əvvəlində yer alıb.
Həmin Quran nüsxələrində qeyd olunan səhvlərin ilk dəfə fərqinə varan ərəbistanlı ərəb dili müəllimi Abdullah Nur bununla bağlı deyib: Bu kimi səhvləri olan bir çox nüsxələr Ərəbistanın Rabeğ şəhər məscidlərindən birində var idi və məscidin imamları, habelə namaz qılanlar bu səhvlərin fərqinə varmamışdılar.
Abdullah bu tip səhvlərin əsla Qurani-Kərimdə olmamlı olduğuna işarə edərək, qeyd edib: Təhrif edilən bu nüsxələrin əsas çap mənbəyini müəyyən etmək və təhrif olunmuş Quranları müsadirə etmək lazımdır.
Ərəbistanın “Kral Əbdüləziz” Beynəlxalq Hava Limanının Nəşriyyatının baş direktoru Əbdülxaliq əl-Zəhrani bu haqda deyib: Bəzi hallarda, xarici ölkələrdəndən gətirilən və düzgün redaktə edilməyən bir sıra Quran nüsxələri Gömrükdə saxlanılır./

Google+ WhatsApp ok.ru