“Azərsu”dan evlərə çirkli su verilməsi ilə bağli açiqlama

“Azərsu” ASC ötən gün “Space” televiziyasının əməkdaşı Zamirə Dadaşovanın evində şəbəkədən çirkli su gəlməsini çəkib paylaşdığı video ilə bağlı araşdıma aparır.
 
Bunu Publika.az-a “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib: 
 
“Bu hadisə Nərimanov rayonunun Montin qəsəbəsində baş verib. Biz mənzillərə çirkli suyun hansı səbəbdən verildiyini araşdırırıq. Dünən həmin ərazidə təmir işlərilə bağlı fasilə elan olunub. Bununla bağlı olub-olmaması və ya xəttin özündə olan çöküntüdən çirkləndiyi ilə bağlı hazırda araşdırma aparılır”.
 
Qeyd edək ki, ötən gün  axşam saatlarında aparıcı evlərə verilən çirkli suyun görüntüsü ilə bağlı video paylaşıb. Görüntüdə suyun rənginin qara olduğu görünür.
 
“Bizə verilən su... Dəhşətdir. Aparıb “Azərsu”nun rəhbərinə verəcəyəm, övladları ilə içsin”, - görüntünü sosial şəbəkədə paylaşan aparıcı yazıb. /

Google+ WhatsApp ok.ru