“Günəşli” yatağında həlak olmuş neftçilərdən ikisi dəfn olunub

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.
 
Xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib.
Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb.

Google+ WhatsApp ok.ru