“Nardaran əməliyyatı”nda yaralananlar xəstəxanadan çıxarıldı

Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada yaralanan 3 nəfər yaralı Sabunçu Klinik Xəstəxanasından çıxarılıb. 
 
Musavat.com xəbər verir ki, polislə silahlı qarşıdurma zamanı yaralanan 1997-ci il təvəllüdlü Cahad Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Abduləliyev müalicələri başa çatdığı üçün xəstəxanadan çıxarılıblar. Lakin onların hara aparılması haqda dəqiq məlumat yoxdur.
 
Yaralıların hüquq-mühafizə orqanları tərəfindən xəstəxanadan çıxarıldığı bildirilir.
 
Qeyd edək ki, dekabrın 4-dən xəstəxanaya giriş-çıxış polis nəzarətində idi. Hətta bir neçə gün xəstəxanaya yalnız xəstələr buraxılırdı. 
 
Digər bir yaralı 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatovdan isə xəbər yoxdur. O, Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alırdı. /

Google+ WhatsApp ok.ru