“Atama DTX-nin təcridxanasında çox çətin olacaq” - Kərimovun oğlu

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır.
 
Maide.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında N.Kərimovun oğlu Kamran Kərimov deyib.
 
“Ailə üzvlərindən atamla görüşən olmayıb. Yanvarın 8-də sovqat aparmışdım. Görüşə icazə verilmir. Vəkil də görüşməyib. Atamın səhhətində ciddi problem var. Bunu hamı bilir. Orada onun üçün çox çətin olacaq” - deyə K.Kərimov bildirib.
 
K.Kərimovun sözlərinə görə, N.Kərimov başqa vəkil istəməməsi haqda ailəsinə məlumat göndərib.
 
Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilib. /
 

Google+ WhatsApp ok.ru