Əfqanıstanda İtalya səfirliyi raketlə vuruldu

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində İtalya səfirliyinə raket hücumu olunub. 
Maide.az xəbər verir ki, hazırda təhlükəsizlik qüvvələri hadisə yerindədir. Səfirliyin mühafizəçilərindən bir neçəsinin yaralandığı bildirilir.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. 
Qeyd edək ki, bu gün səhər Əfqanıstanda canlı bomba partlaması nəticəsində 13 nəfər ölüb, 14 nəfər yaralanıb. Partlayıcı qurğu Əfqanıstanın Nanqarxar əyalətinin adminstrasiyasının qonaqlarla dolu evində işə düşüb. /
 

Google+ WhatsApp ok.ru