“Binə” iflas həddində; Kəbirə Məmmədovanın müdaxiləsi də fayda verməyib

Bakının ən iri ticarət mərkəzlərindən olan “Binə” artıq iflas olmaq həddinə çatıb. Ticarət mərkəzində çalışan dükan sahibləri icarə haqqını demək olar ki, verə bilmirlər.
 
Modern.az saytının yaydığı məlumata görə, problem o qədər kəskin xarakter alıb ki, məsələyə artıq ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova şəxsən özü müdaxilə etməli olub. O, bir-bir icarəyə verdiyi yerlərə gələrək, sahibkarlardan icarə haqqının ödənilməsini istəyib. Lakin dükan sahibləri böhranın alış verişi məhv etdiyini əsas gətirərək icarə haqqını verə bilmədiklərini söyləyiblər.

Google+ WhatsApp ok.ru