Əfqanıstanda 3 tibb işçisi öldürülüb

Əfqanıstanın şərqində Kunar vilayətində uşaqları iflicə qarşı peyvənd edən 3 tibb işçisi öldürülüb. Onlar iki həftə öncə itkin düşüblər, fevralın 6-da gecə meyitləri tapılıb.
 
Maide.az xəbər verir ki, Əfqanıstanda və qonşu Pakistanda iflic peyvəndi vuranlar tez-tez hücuma məruz qalır.
 
Fevralın 7-də Loqar vilayətində isə yol kənarına qoyulmuş bomba partladılıb, bir polis əməkdaşı həlak olub, 8 nəfər yaralanıb. Yaralılar içində hakimlər var.
 
Hücuma görə məsuliyyəti götürən olmayıb.azadliq /

Google+ WhatsApp ok.ru