ƏDV-dən azad olunacaq mallar

Ölkəyə idxal edilən tibb ləvazimatları əlavə dəyər vergisindən azad edilə bilər.
 
Trend-in məlumatına görə, bu haqda maliyyə naziri Samir Şərifov məlumat verib.
 
Nazir hökumətin tibb ləvazimatlarının idxalına digər güzəştlərin də tətbiq edilməsi qərarı verə biləcəyini deyib.
 
Azərbaycan hökuməti ötən ayın 15-də ölkəyə gətirilən buğdanı da əlavə dəyər vergisindən azad etmişdi.
 
Əlavə dəyər vergisinin həcimi mal və məhsulun qiymətinin 18 faizi qədərdir./

Google+ WhatsApp ok.ru