«Əhli-Beyt (ə) təfsiri” kitabı işıq üzü görüb

“Əhli-Beyt (ə) təfsiri” kitabının təqdimat mərasimi keçiriləcək. 
 
Maide.az xəbər verir ki, 18 cildlik təfsirin təqdimat mərasimi  bu gün Tehranda keçiriləcək.  
 
Təfsir kitabı  Əmir Kəbir nəşriyyatı tərəfindən çap oluub.  Kitab  “Nurus-səqəleyn” və “Əl-Borhan” təfsir kitabları ilə müqayisədə daha çox hədisə  və daha çox təfsir olunmuş ayəyə malikdir.  
 
Yeni təfsir kitabında  rəvayətlər  təfsir olunan ayəyə uyğun  kateqoriyalara bölünüb və daha dəqiq yerləşdirilib.  “Əhli-Beyt (ə) təfsiri”  araşdırmaçılar üçün  daha çox məlumat mənbəyinə sahibdir.
 
Kitab haqqında əlavə məlumat olarsa  izləyicilərimizə təqdim olunacaq. /
 

Google+ WhatsApp ok.ru