​Tərtərin icra başçısı: `Ermənilər mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evini dağıdıb`

"Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb".
Bunu "Report"a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: "Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir". /

Google+ WhatsApp ok.ru