“Facebook”dan daha bir yenilik 09 Aprel 2016 01:00 Maraq dünyası “Facebook” sosial şəbəkəsinin görmə imkanı məhdud şəxslər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti “görmək” imkanı yaradacaq. Həmin funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib edəcək və ucadan səsləndirəcək. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, vesti.ru saytının məlumatına görə , artıq görmə imkanı məhdud şəxslər süni intellektin köməyi ilə şəkildə təsvir edilmiş obyekt barədə daha dolğun məlumat əldə edə biləcəklər. “Facebook”un maşın təlimi alqoritmləri fotoda təsvir edilmiş obyektləri müəyyənləşdirəcək və ucadan səsləndirəcək. Məsələn, “Bu şəkildə səma, ağac təsvir edilib”. Yeni funksiya hələlik “iOS” platforması ilə işləyən qurğulardan sosial şəbəkələrin ingilisdilli versiyasına daxil olan istifadəçilər üçün əlyetərlidir. Bu funksiyadan istifadə etmək üçün “VoiceOver” (“Sazlamalar” – “Əsaslar” – “Universal giriş”) səs müşayiəti proqramını aktivləşdirmək lazımdır. Şirkətin nümayəndəsi Ceff Vilandın sözlərinə görə, tezliklə təsvirin tanınması funksiyası “Android” ilə işləyən smartfonlar üçün əlyetərli olacaq və digər dilləri dəstəkləyəcək. / Teqlər : #Facebookdan daha bir yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən nazik linzası hazırlanıb Galaxy S7 edge və iPhone 6s Plus sürət testində (VİDEO)