“Quran”da adı keçən bitgilərin əkildiyi park tezliklə istifadəyə veriləcək-FOTO-VIDEO

Dubay şəhər bələdiyyəsi  “Quran”a adı keçən bitgilərin əkildiyi parkın yeni panorama videosu  yayımlanıb. 
 
Maide.az xəbər verir ki, Əl-Xəvanic bölgəsində yerləşən  bu park  BƏƏ-də yaşıllıq və park salmada özünəməxsusluğu ilə fərqlənir.
 
Bu layihə çərçivəsində  parkda 64 hektar ərazidə Quranda  adı keçən 54 növ  bitgi əkilib.  Bu park  dolama yolları ilə müxtəlif  hündürlükdə olan təpələrin ətrafından və üzərindən keçir. Parkda alaçıq, oturacaq, gül  xalçaları salınıb. 
Parka  müqəddəs kitab “Quran”da təsvir olunan hadisələri insanlara çatdırmaq üçün ventilyasiyalı tunel inşa olunub. Bu tuneldə Quran möcüzələri səs və vidoe ilə insanlara çatdırılır.
 
Parkda  qum  parkı,  uşaqların əyləncə  parkı,  amfiteatr, su hovuzları, idman üçün xüsusi zolaqlar,  veloseped  yolu,  qum  üzərində gəzmək  üçün xüsusi zolaq  və s. təlim və mədəniyyət ocaqları  yerləşir.
 
Park insanlara  Quran və onun möcüzələrini  tanıtdırmaq məqsədilə tikilir. Parkda əncir,  nar,  zeytun,  sarımsaq,  soğan, buğda, arpa,  qarpız,  üzüm,  banan, xiyar, nanə və Quranda  adı keçən bəzi digər bitgilər əkilib.
 
Park 2014-cü ilin sentyabrında 7,3 milyon dollar vəsait xərcləməklə hazır olmalı idi./
 
 
 
 

Google+ WhatsApp ok.ru