İƏT-in İstanbul sammitində yekun bəyanat qiraət olunmayıb

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13-cü sammiti bu gün başa çatıb, Amma, bəzi üzvlərin müxalifəti nəticəsində sammitin sonunda yekun bəyanat qiraət olunmayıb.
 
Maide.az xəbər verir ki, İƏT-in 13-cü sammitinin bağlanış mərasimi bu gün İstanbulda elə bir şəraitdə keçirildi ki, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin onda iştirak etmədilər. Deyilənlərə görə, bunun səbəbi elə yekun bəyanatın ilkin mətni olub.
İran prezidenti Həsən Ruhani və  XİN başçısı Məhəmməd Cavad Zərif  İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin  yekun iclasında  zirvə  bəyannaməsinin ilkin mətnində İran və Hizbullah əleyhinə maddələrin olmasına etiraz əlaməti olaraq tərk edib. 
Qeyd edək ki, Səudiyyənin təzyiqi və təşviqi ilə İƏT-in İstanbulda keçirilən 13-cü sammitinin bəyannamə layihəsində İrana qarşı 4 Hizbullaha qarşı 1 bənd yer alıb. İran prezidenti və XİN rəhbəri buna görə İƏT-in 13-cü sammitinin yekun iclasında iştirak etməyiblər. 
 

 

Google+ WhatsApp ok.ru