Şəhidlər məscidi açıldı,amma məsciddə camaat namazı qılınmayacaq

Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və 8 ildir ki, təmirə bağlanan Şəhidlər Məscidi açılıb.
 
Maide.az xəbər verir ki, bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat veriblər. Məscid ötən gün səhər saatlarından etibarən yenidən fəaliyyətə başlayıb və artıq təyinatlar da olub. Ancaq məscidin axundunun kimliyi hələlik açıqlanmır.
 
"Məsciddə cümə və camaat namazları qılınmayacaq"
 
Məscidin əməkdaşları da ANS PRESS-ə açıqlamalarında bildiriblər ki, burada hələlik cümə və camaat namazları qılınmayacaq, azan səslənməyəcək. Bundan başqa, moizələrin oxunması da nəzərdə tutulmayıb. 
"Fərdi qaydada kim istəsə, məscidi ziyarət edə və namaz qıla bilər. Məscid səhər saat 9-dan axşam saat 18.00-dək açıq olacaq".
 

Google+ WhatsApp ok.ru