​Dərmanların qiymətlərinin tənzimləməsi üçün - RƏQABƏT MÜHİTİ YARADILMALIDIR

«Bizim Yol» qəzeti  hökumətin dərman preparatlarının qiymətlərinin tənzimləməsi siyasətindən bəhs edir. Yazıda bildirilir ki, bu siyasətdən sonra bir çox dərmanları apteklərdə tapmaq müşkülə çevrilib.

«Nə pul var, nədə ki dərmanlar…» adlı məqalədə bu məsələlərlə bağlı ekspert fikirləri də təqdim edilib.

Professor Adil Qeybulla bəzi preparatların adlarının xüsusi reyestrlərə salınmasını təklif edir.

İqtisadçı Natiq Cəfərli isə bəzi dərmanların ölkədə tapılmamasının səbəblərini belə izah edir: «Dünyanın heç yerində hökumət bu qədər bazara müdaxilə etmir. Hökumətin əlində olan alətlər tamamilə fərqlidir. Dövlət qurumları çalışmalıdır ki, bazarda kifayət qədər dərman firması olsun ki, rəqabət mühiti yaransın. O zaman firmalar rəqabətə görə bazara uyğunlaşacaqlar».

Natiq Cəfərli, üstəlik, 17 ildir yubadılan tibbi icbari sığortanın reallaşdırmasını təklif edir. Onun fikrincə, daha bir çıxış yolu dərman şirkətlərinə tətbiq edilən vergilərin azaldılması ola bilər. «Dərman şirkətlərinə gömrük rüsumu, Əlavə Dəyər Vergisi tətbiq etməklə avtomatik olaraq qiymətlər 34 faiz bahalaşır. Hökumət bunu aradan qaldırmaqdansa, sovetdən qalma idarə üsulları ilə qiymətləri tənzimləmək istəyir».

Google+ WhatsApp ok.ru