​İran prezidenti: “Atəşkəsin qorunacağına ümid edirəm”

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazır olduqlarını bildirib.
 
“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının İİR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edən H.Ruhani atəşkəsin qorunacağına ümid etdiyini söyləyib.
 
O, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimizlə yanaşı, regionun mənafelərinə xidmət etdiyini vurğulayıb.
 
İran prezidenti bölgədəki münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirib.

Google+ WhatsApp ok.ru