“ICQ” videozəngləri şifrləməyə başlayıb 20 May 2016 01:00 Maraq dünyası “ICQ” mərkəzləşdirilmiş məlumat mübadiləsi xidməti messencerlər arasında videorabitəni bütün ölkələr üçün şifrləməklə dünyada ilkə imza atıb. Maide.Az bildirir ki, “ICTnews” Elektron Xəbər Xidməti “RSUTE” resursuna istinadən yazır ki, bildirilir ki, bütün söhbətlər məxfi qalır, şifrləmə isə avtomatik işləməklə əlavə sazlamalar tələb etmir. Bu, “Android”, “iOS” və “Windows” əməliyyat sistemləri üçün yeni səsli telefoniya texnologiyasından istifadə sayəsində mümkün olub. Mütəxəssislərin sözlərinə görə, şifrləmənin əsaslandığı xüsusi protokol informasiya mühafizəsini ən yüksək səviyyədə təmin etməklə zənglərin messencerin serverlərində və provayder səviyyəsində şifrlənməsini qeyri-mümkün edir. Avtomatik işləyən şifrləməni işə salmaq üçün əllə xüsusi sazlamalar tələb olunmur. Yeni “ICQ” versiyaları artıq proqramın rəsmi səhifəsində və "Google Play” və “App Store” əlavələr mağazasında yerləşdirilib. Teqlər : #ICQ videozəngləri şifrləməyə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən böyük üzən külək enerji təsərrüfatı -FOTO Yaxın Şərq yaşamaq üçün əlverişsiz ola bilər