Şəhərin mərkəzində nəqliyyatın hərəkəti üç həftə məhdudlaşdırılacaq

“Formula -1” yarışlarının təşkilatçıları bildiriblər ki, iyunun 1-dən 2-ə keçən gecə saat 01:00-da Neftçilər prospektinin “Azneft” dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb sonuncu tribunanın yerləşdirilməsidir.
 
Bununla əlaqədar Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metrədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Bu məhdudiyyət iyunun 26-dək davam edəcək.
 
Ümumilikdə, 14-21 iyun tarixlərində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq.
 
Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.(turan)

Google+ WhatsApp ok.ru