“Siyasi Məhbuslarsız Azərbaycan” bəyanat yaydı

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat yayıb. 
 
Maide.Az-a daxil olan məlumata görə, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının bəyanatında deyilir ki, təşkilat hakimiyyətin Xədicə İsmail barəsində gəbul edilmiş gərarı və azadlıqa çixmasinı təqdirə layiq addım hesab edib.
 
Bəyanatda deyilir: "Lakin eyni zamanda ölkədə İnsan Haqları ilə vəziyyət kəskin şəkildə pisləşıb : jurnalistlərə , gənclərə və dindarlara qarşı davam edən təzyiqlər , həbslər və polis bölmələrində qeydə alınmış işgəncə və ölüm faktları bizi narahat edir.
 
“NİDA” gənclər təşkilatının üzvlərinin əsassız həbsləri , Məmməd Bayramova və Qiyas İbrahimova verilən işgəncələr , Amid Süleymanovun həbsi , AXCP Şəki ş. gənclər təşkilatının sədri Samir Həsənovun həbsi, Polis bölməsində işgəncələrdən ölən Zaur Soltanov , vəhşicəsinə döyülən Rəşad Abbasov – bununla Avropa Konvensiyasının fundamental İnsan Haqları maddələrinin kobud şəkildə pozulmasının göstəricisidir.
 
27 may tarixində Nardaranda yerləşən “Rəhimə” məscidinin axundu Nuhbala Rəhimov Məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib , Taleh Bağırzadəyə qarşı qanunsuz əməllər davam edir (ikisidə beynalxalq təşkilatlar tərəfindən vicdan məbusu kimi tanınıb) Biz tələb edirik ki işgəncə və ölüm faktları araşdırılsın və cinayət törədən vəzifəli şəxslər muhakimə olunsun , dindarlara , jurnalistlərə və gənc fəallara qarşı təzyiqlərə son qoyulsun."

Google+ WhatsApp ok.ru