“Facebook” Çin bazarına girməyə çalışır

“Facebook” Çin bazarına girməyə çalışır

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un rəhbərliyi Çin bazarına çıxmaqda maraqlıdır. 
 
 “The Wall Street Journal” nəşrinin məlumatına görə, səhmdarların illik yığıncağında “Facebook” sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, Çindən olan istifadəçilər üçün çıxış təqdim etmək istəyirlər.
 
Ancaq hələlik şirkət rəhbərliyi Çinin senzurasını neçə keçəcəyini məlum deyil.
 
“Biz Çin bazarını öyrənirik. Görək, nə baş verir”, - deyə “Facebook” şirkətinin baş əməliyyat direktoru Şeril Sendberq bildirib.
 
O, həmçinin deyib ki, ötən həftə Çinə səfər edib, orada “Facebook” sosial şəbəkəsinin ölkəsindən kənarda öz xidmətlərinin reklamı üçün istifadə edən bir sıra vacib müştərilərlə görüşlər keçirib. Qeyd edilir ki, sosial şəbəkə hələlik Çində öz ofisinə malik deyil. (lent.az)
 

Google+ WhatsApp ok.ru