Ərzaq tələbatı 70 faiz artacaq

Ərzaq tələbatı 70 faiz artacaq

“2050-cı ilə qədər adambaşına düşən gündəlik kilokalori 2800-dən 3050-dək artacaq. Bu o deməkdir ki, Azərbaycanda 2050-ci ilədək ərzaq tələbatı 70 faiz artacaq”.
 
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iyunun 24-də Bakıda “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusuna həsr olunmuş konfransda deyib.
 
Turan-ın xəbərinə görə, konfrans Amerika Ticarət Palatası (“AmCham”), Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin xidməti, ADA Universitetinin birgə təşkilatçılığı və “KPMG Azerbaijan” şirkətinin dəstəyi ilə keçirilib.
 
Konfransda kənd təsərrüfatına strateji baxışlar, rəqabətlilik, ərzaq təhlükəsizliyi, sosial aspektlər (məşğulluq, regionların inkişafı və s.) müzakirə olub.
 
Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətində aqrar məsələlər bölməsinin rəhbəri Elxan Mikayılov deyib ki, 2050-ci ilədək Azərbaycanda əhalinin sayının 12,1 milyona çatması gözlənilir. Onun fikrincə, bu gələcəkdə ölkənin ərzaq tələbatının artmasının əsas səbəblərindən biri olacaq.
 

Google+ WhatsApp ok.ru