“Twitter” “Apple TV” üçün kontent təqdim edəcək

“Twitter” “Apple TV” üçün kontent təqdim edəcək

Bir gün əvvəl “Twitter” populyar sosial şəbəkəsinin səhmləri 7 faiz bahalaşıb. Sessiya yeddi aylıq maksimum göstərici ilə bağlanıb. Bu hadisəni təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, dəyişikliklərə şirkətin başqa bir korporasiya - “Apple” ilə əməkdaşlıq etməyə başlaması səbəb olub.
 
“Planet-today.ru” saytı xəbər verir ki, “Twitter” ilə “Apple” nümayəndələri “Apple TV” üçün rəsmi kontent təqdim etmək barədə danışıqlar aparıblar.
 
Məlumdur ki, sosial şəbəkənin yaradıcıları istifadəçilərə yeni funksiya təklif edirlər. Çox güman, tezliklə burada video yayımlamaq mümkün olacaq.
 
Qeyd edək ki, dünən axşam “Twitter”in bir səhminin qiyməti 20,92 dollar olub. Eyni zamanda “Apple” brendinin səhmləri də 1,11 faiz artaraq, bir qiymətli kağız üçün 109,34 dollar təşkil edib.
 
Bu əməkdaşlıq hər iki tərəfə fayda gətirəcək: sosial şəbəkənin genişlənməsinə, “Apple”nin kontentinin şaxələnməsinə çox yaxşı imkan yaranacaq.(azərtac)
 

Google+ WhatsApp ok.ru