“Google” korporasiyası səyahətçilər üçün mobil əlavəni istifadəyə verib

“Google” korporasiyası səyahətçilər üçün mobil əlavəni istifadəyə verib

 
ABŞ-ın “Google” korporasiyası səyahəti planlaşdırmaq üçün nəzərdə tutulan mobil əlavəsini təqdim edir. “Google Trips” adlı bu yeni əlavə istifadəçiyə “Google Maps” və digər istifadəçilərin məlumatlarını tətbiq etməklə turizm marşrutlarını əvvəlcədən tərtib etməyə imkan yaradır.
 
“Planet-today” saytına istinadla xəbər verilir ki, səyahətçi getməyə hazırlaşdığı yerləri və tədbirləri “Google Trips” vasitəsilə seçə bilər. Bu məlumatlar əlavənin yaddaşında qalır ki, smartfonun internetə çıxışı olmayanda ondan avtonom istifadə etmək mümkün olsun.
 
“Google Trips” avtomatik olaraq səfərlərin siyahısını tərtib edir, istifadəçinin məlumatını mövcud predmet, məsələn, bilet və ya otel sifarişi üzrə təhlil edir. İstifadəçinin səfər planını müstəqil tərtib etmək imkanı da var.
 
İstifadəçi ölkəni, şəhəri seçir, sonra öz səfərinin xüsusiyyəti barədə bir neçə məlumat daxil edir. Bunun üçün əlavədə bir neçə bloku, o cümlədən “Saved places”, “Day Plans”, “Food & Drink”, “Getting around”, “Things to do”, “Reservations” və s. doldurmaq lazımdır. (azərtac) /

Google+ WhatsApp ok.ru