‘‘Elmlər Akademiyası’’ stansiyasındakı sərnişin sıxlığının SƏBƏBİ

‘‘Elmlər Akademiyası’’ stansiyasındakı sərnişin sıxlığının SƏBƏBİ

 
“Elmlər Akademiyası” metrostansiyasının eskalatorlarında problem yaranıb. Verilən məlumata görə, bunun nəticəsində stansiyanın girişində sərnişin sıxlığı müşahidə olunub.
 
Məsələ ilə bağlı saytımıza danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, “Elmlər Akademiyası” stansiyasında quraşdırılan eskalatorların hər biri yeni istifadəyə verilib:
“Ola bilər ki, tələbələrin dərsdən çıxması ərəfəsində sərnişin sıxlığı yaşanıb. Belə olan təqdirdə tez zamanda digər eskalator qoşularaq, sıxlıq aradan qaldırılır. Hazırda qeyd olunun stansiyada hər hansı bir problem yoxdur”. (Musavat) /

Google+ WhatsApp ok.ru