Şəhərin bəzi hissələrində sıxlıq yaranıb

Şəhərin bəzi hissələrində sıxlıq yaranıb

 
Bu gün Bakı şəhərinin bir neçə küçə və prospektlərində "Koroğlu" metro stansiyasına doğru nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, sıxlıq əsasən hazırda Mikayıl Əliyev küçəsi, Qara Qarayev prospekti və Ziya Bünyadov prospektindən Olimpiya stadionuna doğru ("Koroğlu" m/st. yaxınlığında) müşahidə edilir. 
 
Bundan başqa, Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Abbasqulu ağa Bakıxanov küçəsi (Türkiyə Səfirliyi istiqamətində) və Afiyəddin Cəlilov küçəsində avtomobillər ləng hərəkət edir. (report) /

Google+ WhatsApp ok.ru