“WhatsApp”-dan istifadəçilərin təhlükəsizliyinə dair YENİLİK

“WhatsApp”-dan istifadəçilərin təhlükəsizliyinə dair YENİLİK

WhatsApp-da iki faktorlu  autentifikasiyanın yaradılacağı barədə məlumat bir neçə ay öncədən məlum olsa da, messencerinin 2.16.341 versiyasından etibarən ikimərhələli autentifikasiya funksiyası ancaq indi əlçatandır. Əgər siz beta-sınaq iştirakçısısınızsa və  sonuncu güncəlləməni edibsinizsə, akkauntun tənzimlənməsində iki faktorlu  autentifikasiyanı tapa bilərsiniz. Bu funksiya onun üçündür ki, heç kim başqa qurğudan sizin WhatsApp-a girə bilməsin.
 
Hər dəfə mobil nömrənin qeydiyyatından sonra  6 işarəli parolu yerləşdirməlisiniz. Funksiya aktiv  olduqdan sonra  siz həmçinin elektron ünvan göstərməlisiniz. Bu, onun üçün lazımdır ki, parol yaddan çıxarsa, yeniləmək mümkün olsun.
 
 
 
WhatsApp-ın çoxdan gözlənilən yeniliklərindən digəri isə  audio ismarıcı fon rejimində  səslənirilməsidir. Əvvəl ismarıcı tam dinləmək üçün tətbiqdə qalmaq lazım ii. İndi isə siz mesajı dinləyərkən başqaları ilə yazışa, yaxud ümumiyyətlə digər tətbiqlərdə ola bilərsiniz.
 
“Android” mobil əməliyyat sistemində sözügedən funksiyalara giriş əldə etmək üçün “Google Play”də beta test proqramının iştirakçısı olmaq lazımdır. (faktxeber)
 

 

Google+ WhatsApp ok.ru