“App Store”dan rekord sayda əlavə silindi

“App Store”dan rekord sayda əlavə silindi

Bu ilin əvvəlindən “Apple” korporasiyası “App Store”dan orta hesabla aylıq 14 min ədəd əlavəni yığışdırıb. 
 
Maide.Az xəbər verir ki,  təkcə oktyabr ayında şirkət rekord müəyyən edərək onlayn mağazadan 47 300 ədəd əlavəni silib. 
 
Problemli əlavələrin tərtibatçıları hələ sentyabr ayında bu barədə məlumatlandırılıblar. “Apple” onlara dəyişikliklər edilməsi üçün 30 gün vaxt verib. Əgər dəyişikliklər edilməyibsə, əlavə silinib. 
 
Köhnəlmiş əlavələrin 28 faizi oyunlar olub. Əyləncələr və kitab kateqoriyasından isə təxminən 9 faiz əlavə siyahıdan çıxarılıb.
 
Qeyd edək ki, bundan əvvəl “Apple” şirkəti “App Store”dan köhnəlmiş və tam olaraq fəaliyyətini itirmiş, həmçinin iOS əməliyyat sisteminin son versiyaları ilə uyğun gəlməyən əlavələrin silinməsi barədə planlarını bildirib.(lent.az)
 
 

Google+ WhatsApp ok.ru