Əhalinin analoq yayımın dayandırılmasından sonra ən çox üzləşdiyi problem açıqlanıb

Əhalinin analoq yayımın dayandırılmasından sonra ən çox üzləşdiyi problem açıqlanıb

Bu günədək qaynar xəttə 44 minə yaxın müraciət daxil olub
 
Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.
 
Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva "Report"a bildirib ki, bu günədək əhalidən 43,5 min zəng qəbul olunub: "Bu say hələ müraciətlərin hamısı deyil. Analoq yayımın dayandırılmasından sonra fəaliyyət göstərən "qaynar xətt"ə (14-11 nömrəli) 44 minə yaxın müraciət daxil olub. Amma bizim digər şöbələrə də müraciətlər olur. Hətta bölgələrdən də zənglər gəlir". 
 
Onun sözlərinə görə, əhali, daha çox da yaşlı insanlar dekoderləri quraşdırmaqla bağlı problem yaşayırlar: "Bəzən bizim əməkdaşlar könüllü şəkildə yaşlı və ya xəstə insanların evinə gedir və yardım göstərirlər". /

Google+ WhatsApp ok.ru