“Cəfər Cabbarlı” stansiyası sərnişinlərin xidmətinə açılır

“Cəfər Cabbarlı” stansiyası sərnişinlərin xidmətinə açılır

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.
 
Bu barədə Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb. 
 
Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı. (report)
 

Google+ WhatsApp ok.ru