Əsas ərzaq məhsullarından bəzilərinin idxalında artım var

Əsas ərzaq məhsullarından bəzilərinin idxalında artım var

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 16 milyard 31 milyon 631 min ABŞ dolları olub
 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, keçən ilin analoji dövrünə nisbətdən 20.2 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 7 milyard 716 milyon ABŞ dolları olub. Bu da 6 faiz azalma anlamına gəlir. İxrac isə 8 milyard 314 milyon ABŞ dollarına (30.02 faiz azalma) bərabər olub. Əsas malların ixracında azalma faizləri:
 
Xam neft – 28.62 faiz Neft məhsulları – 47.98 faiz Təbii qaz – 36.18 faiz Çay – 67.43 faiz Bitki və heyvan mənşəli piylər, yağlar – 89.56 faiz Şəkər – 69,31 faiz Spirtli və spirtsiz içkilər – 32.18 faiz Plastmas və onlardan hazırlanan məmulatlar – 11.49 faiz Əsas ixrac mallarından qara metal, ondan hazırlanan məmulatlar 179.34, pambıq iplik 29.29, meyvə-tərəvəz 20.66, alüminium və ondan hazırlanan məmulatlar isə 8.08 faiz artıb.
 
İdxalda əsas mallarda artım belə olub:
 
Ət 108.21, süd 36.45, kərə yağı, süddən hazırlanmış digər yağlar 119.44, meyvə- tərəvəz 130.81, çay 188.17, şəkər isə 30.50 faiz artıb. Buğda, tütün və tütün məmulatlarının idxalının azalması diqqət çəkir. Ötən ilin 11 ayı ilə müqayisədə ölkəyə 3.55 faiz az buğda gətirilib. Tütün və tütün məmulatları isə 49.51 faiz az idxal edilib.(meydantv)
 

Google+ WhatsApp ok.ru