“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib

“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı  və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
 
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata əsasən, bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: “Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir”. (apa) /

Google+ WhatsApp ok.ru