“XP” və “Vista” üçün pis xəbər

“XP” və “Vista” üçün pis xəbər

Məlum olduğu kimi, "Microsoft" tədricən köhnə əməliyyat sistemlərinə dəstəyi dayandırır. Bundan əvvəl "Windows XP" bütün dəstək növlərindən məhrum edilib, "Windows Vista" əməliyyat sistemi isə 11 aprel 2017-ci il tarixinədək təhlükəsizlik bülleteni ilə təmin ediləcək.
 
Maide.Az ” ICTnews-a istinadən bildirir ki, bəzi istehsalçılar, həmçinin tədricən köhnə ƏS-i üçün öz proqramlarının dəstəklənən versiyasını buraxmaqdan imtina edirlər. Ehtimal ki, gələn il "Mozilla" şirkəti "XP" və "Vista" sistemlərini dəstəkləməkdən imtina edəcək. Şirkətin rəsmi bloqunda tərtibatçılar bildirmişdilər ki, 2017-ci ilin sentyabrınadək brauzerin müvafiq versiyalarını çıxarmağa davam edəcəklər.
 
"Firefox” "Windows XP" və "Vista" əməliyyat sistemlərini dəstəkləməyə davam edən azsaylı brauzerlərdən biridir və biz ən azı 2017-ci ilin sentyabrına kimi təhlükəsizlik bülleteni çıxarmağı planlaşdırırıq. İstifadəçilərə yeniləmələrin alınması üçün əlavə hərəkətləri (təsirləri) etmək lazım olmayacaq. 2017-ci ilin ortalarında biz "Windows XP" və "Vista" platformalarına sadiq istifadəçilərin sayını dəqiqləşdirəcəyik və bundan sonra bu sistemlərin dəstək müddətinin dayandırılma tarixini söyləyəcəyik". /

Google+ WhatsApp ok.ru