Şəhid döyüşçümüzün ailəsinə verilən söz yerinə yetirilmir

Şəhid döyüşçümüzün ailəsinə verilən söz yerinə yetirilmir

Aprel döyüşləri zamanı təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olanlar arasında müddətdən artıq xidmət keçən Məhəbbət Ədalət oğlu Mirzəyev də var idi.
 
Beyləqan rayonu, Dünyamalılar kəndindən olan şəhidin ölüm tarixindən aylar keçib. Amma ailəyə verilən söz hələ də yerinə yetirilməyib.
 
Belə ki, musavat.com-a danışan ailənin yaxın üzvü bildirib ki, M.Mirzəyevin adına kənddə abidə qoyulmalı imiş. Amma yerli icra orqanları hələ də bu məsələni həll etməyiblər.
 
Şəhidin atası Mirzəyev Ədalət və anası Mirzəyeva Pərvanə hazırda Dünyamalılar kəndində yaşayırlar. Onlar üçün bu məsələnin həlli daha çox təsəlli, təskinlik xarakteri daşıyır: "Apreldə 1-də Məhəbbətin şəhid olmasından 1 il ötəcək, heç olmasa, ona qədər nəsə etsinlər. Söz vermişdilər ki, hansısa küçəyə onun adın verəcəklər, abidə qoyacaqlar, amma günü-günə satırlar. Onun qəbrinin üstün götürəndə valideynləri dedi ki, biz özümüz edək. Amma qoymadılar, dedilər ki, biz edəcəyik. Lakin onda da Məhəbbətin 40 mərasiminə qədər gecikdirdilər".
 
Kəndin bələdiyyə sədri şəhid ailəsini narazı salmaqda davam edir. Oğul itirmiş bir ailəni get-gələ salmaq, vəzifə borcunu bir kənara qoysaq, insanlığa da sığmır. Ümid edirik ki, qısa müddət ərzində problem öz həllini tapacaq. /

Google+ WhatsApp ok.ru