“Yahoo!”-nun adı dəyişdiriləcək

“Yahoo!”-nun adı dəyişdiriləcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək “Altaba” adlandırılacaq.
 
Maide.Az-ın məlumatına görə, APA “The Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.
 
Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.
 
Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. 
 
Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu. ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.
 
Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.
 

Google+ WhatsApp ok.ru